Azərbaycan Ukraynadan məhsul idxalını artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanla Ukrayna arasında ticarət əməliyyatlarının həcmi 114,758 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 3,5 milyon ABŞ dolları və ya 3% azdır.

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Ukraynaya 45,7 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 milyon ABŞ dolları və ya təqribən 14,5% azdır.

Dövr ərzində Ukrayana ixrac əməliyyatlarının 42,7 milyon dollarlıq hissəsini qeyri-neft məhsulları təşkil edib ki, bu da ötən ilin ilk 3 ayındakı göstərici ilə müqayisədə 8,3 milyon ABŞ dolları və ya 16,3% azalma deməkdir. Azərbaycanın ümumi qeyri-neft məhsulları ixracında Ukraynaya qeyri-neft məhsullarının ixracı 4,96% paya malik olub. Bununla da Ukrayna hesabat dövründə Azərbaycanın ən çox qeyri-neft məhsulları ixracında 5-ci yerdə qərarlaşıb.

 

Hesabat dövründə Azərbaycan Ukraynadan 69,013 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,2 milyon ABŞ dolları və ya 6,5% artım deməkdir.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9,407 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,642 milyard dollar və ya 21,9% azdır.

Xarici ticarət dövriyyəsinin 5,402 milyard ABŞ dolları ixracın, 4,005 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 984 milyon dollar və ya 15,4%, idxal isə 1,658 milyard dollar və ya 29,3% azalıb.

Yekunda xarici ticarətdə 1,398 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 675 milyon dollar və ya 1,9 dəfə çoxdur.