Azərbaycan və Türkiyə kapital bazarlarının inkişafı müzakirə edilib

Azərbaycan və Türkiyə arasında kapital bazarlarının inkişafı üzrə müzakirələr aparılıb.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Belə ki, Mərkəzi Bankın nümayəndə heyəti Türkiyə Kapital Bazarları Şurasında işgüzar səfərdə olub.

 

Səfər çərçivəsində keçirilən görüşlərdə kapital bazarlarının inkişafı və dayanıqlılığının gücləndirilməsi, eləcə də tənzimləyici çərçivənin təkmilləşdirilməsi istiqamətində gündəmdə olan məsələlər müzakirə olunub.

Bununla yanaşı, tərəflər arasında marja ticarəti, investisiya şirkətlərinin və investisiya fondlarının lisenziyalaşdırılması istiqamətləri üzrə təcrübə mübadiləsi də aparılıb.