Azərbaycanın ÜDM-də özəl sektorun rolu artır - Nazir

İldən-ilə Azərbaycan ÜDM-də özəl sektorun rolu artır.

Trend xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə deyib.

"Özəl sektorda olan resurslar sonsuz deyil. Həmin resurslara əlçatanlıq ahəngdar şəkildə sahibkarlara təqdim edilməsi diqqət mərkəzimizdədir", - nazir qeyd edib.