2026-cı ilin mart ayının sonuna olan vəziyyətə görə, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycanda olan layihələr portfelinin həcmi 919 milyon avro təşkil edir və 36 layihəni əhatə edir.
Trend bu barədə AYİB-ə istinadən məlumat verir.
Məlumata görə, bankın həmin layihələrdə iştirak payı 1 faiz təşkil edir, əməliyyat aktivləri isə 716 milyon avro həcmində qiymətləndirilir.
Portfelin strukturu aşağıdakı kimidir:
korporativ sektor - 3%, maliyyə institutları - 7%, dayanıqlı infrastruktur - 90%.
Portfelin ümumi dəyərində özəl sektorun payı 40% təşkil edir.
Azərbaycan fəaliyyətə başladığı vaxtdan etibarən AYİB ölkə iqtisadiyyatına ümumilikdə 3,712 milyard avro investisiya yatırıb. Ayrılmış vəsaitlərin ümumi həcmi 3,458 milyard avro təşkil edir.
Bu günədək AYİB Azərbaycanda 202 layihənin həyata keçirilməsinə dəstək olub.