Cari ilin yanvar-mart aylarında Azərbaycan 38 milyon 848,45 min dollar dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. Bu göstərici 2025-ci ilin eyni ayları ilə müqayisədə 0,19 faiz azdır.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə, həmçinin ölkədən 4 milyon 835,63 min dollar dəyərində kakao və ondan hazırlanan məhsulları ixrac edilib. Bu isə illik müqayisədə 47,9 faiz artım deməkdir.
Yanvarda kakao və ondan hazırlanan məhsullar üzrə ixrac Azərbaycanın ümumi ixracının 0,09 faizini, idxalı isə ümumi idxalın 0,97 faizini təşkil edib.