2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,7% artaraq 862 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 25,1% artaraq 281 milyon ABŞ dollarına bərabər olub.
Trend xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üzrə aprel sayında bildirilib.
Cari ilin yanvar-mart aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4,5 dəfə, pambıq iplik 2 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 68,4%, pambıq lifi 43,5%, meyvə-tərəvəz 22,1%, alüminium və onlardan hazırlanan məmulatlar 20,4%, çay 15,1%, spirtli və spirtsiz içkilər isə 4,3% artıb.
2026-cı ilin yanvar-mart aylarında aqrar məhsullar üzrə ixrac 26,6% artaraq 215,6 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 27,4% artaraq 88 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 26,8% artaraq 303,7 milyon ABŞ dollarına bərabər olub.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (95.3 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda meşə fındığı (68.3 milyon ABŞ dolları) ikinci, mis filizləri (60.8 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2026-cı ilin mart ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (34.6 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq lifi (25.5 milyon ABŞ dolları) ikinci, tomat (18.5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2026-cı ilin yanvar-mart aylarında Rusiya Federasiyasına 211.6 milyon ABŞ dolları, Türkiyəyə 139.9 milyon ABŞ dolları, Gürcüstana 120.7 milyon ABŞ dolları, İsveçrəyə 103.4 milyon ABŞ dolları, Ukraynaya isə 42.7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2026-cı ilin mart ayında Rusiya Federasiyasına 62.5 milyon ABŞ dolları, Türkiyəyə 56.5 milyon ABŞ dolları, Gürcüstana 43.5 milyon ABŞ dolları, İsveçrəyə 35.7 milyon ABŞ dolları, Ukrayna 13.7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2026-cı ilin yanvar-mart ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Prime Cotton" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "AGRARCO" MMC, "Baku Steel Company" QSC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına "SOCAR POLYMER" MMC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: "AzerGold" QSC, "Azəralüminium" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərenerji" ATSC, "Socar Cape" MMC, "Naxçıvan Enerji" MMC.
2026-cı ilin yanvar - mart aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) dünyanın 32 ölkəsindən olan 90-a yaxın şirkətə 4.1 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətləri ixrac edib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 64%-ni təşkil edib. Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1.1 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 809.1 min ABŞ dolları ilə Lüksemburq, 271.1 min ABŞ dolları ilə Türkiyə, 261.1 min ABŞ dolları ilə Pakistan, 187.2 min ABŞ dolları ilə İsveç qərarlaşıb.