Dünya enerji və iqtisadi baxımından çətinliklərlə üzləşib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol deyib. O bildirib ki, neft və təbii qaz, eləcə də gübrə, neft-kimya məhsulları və kükürd təchizatında çətinliklər yaranıb.
“IEA təxminən 4,5 ay əvvəl dünyanın tarixin ən böyük enerji böhranı ilə üzləşəcəyini proqnozlaşdırırdı. Bu gün baş verənlər, təəssüf ki, haqlı olduğumuzu göstərdi. Neft və təbii qaz bazarları ciddi çətinliklər yaşayır. Neftin qiymətinin 120 dollardan yuxarı qalxması bir çox ölkəyə böyük təzyiq göstərir. Neft-qazla yanaşı, xüsusilə inkişaf etməkdə olan ölkələr üçün həyati əhəmiyyət kəsb edən gübrə, neft-kimya məhsulları və kükürdün tədarükü də axsayıb”, - deyə Fatih Birol əlavə edib.