2026-cı ilin birinci rübündə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda ümumi hasilat orta hesabla günə 325 000 barel və ya ümumilikdə təxminən 29 milyon barel, yəni 4 milyon ton olub.
Trend bu barədə bp-yə istinadən xəbər verir.
Müqayisə üçün 2025-ci ilin birinci rübündə hasilat günə 331 min barrel təşkil etmişdi. Beləliklə, sözügedən yataqda hasilat illik ifadədə 1,8 faiz azalıb.
AÇG-nin hasilat göstəriciləri yataqlar üzrə aşağıdakı şəkildə olub:
Çıraq (19 500), Mərkəzi Azəri (89 800), Qərbi Azəri (74 800), Şərqi Azəri (43 900), Dərinsulu Günəşli (47 700), Qərbi Çıraq (22 600) və ACE (26 700)
Rübün sonunda AÇG-də ümumilikdə 149 neft hasilat quyusu, 50 su injektor quyusu və 11 qaz injektor quyusu istismarda olub.Birinci rüb ərzində AÇG-də 2 neft hasilatı quyusu, 3 su injektoru və 1 qaz injektoru quyusu qazılıb tamamlanmışdır.
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
AÇG-də iştirak payları aşağdakı kimidir:
bp (operator- 30,37%), SOCAR (35,30%), MOL (9,57%), INPEX (9,31%), ExxonMobil (6,79%), TPAO (5,73%), ONGC Videsh (2,92%).