Azərbaycanda qeyri-filiz yataqlarının monitorinqi gücləndirilir

Prioritet qeyri-filiz faydalı qazıntı yataqlarının monitorinqi və qiymətləndirilməsi həyata keçiriləcək.

Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı aidiyyəti dövlət orqanlarına müvafiq tapşırıqlar verilib.

 

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla prioritet qeyri-filiz faydalı qazıntı yataqlarının monitorinqinin və qiymətləndirilməsinin həyata keçirilməsi ilə bağlı təkliflərini 5 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.