2026-cı ilin I rübündə Səngəçal terminalından ixrac olunan qazın həcmi artıb

2026-cı ilin birinci rübündə Səngəçal terminalından orta hesabla təxminən 74,4 milyon standart kubmetr Şahdəniz qazı (təxminən 2 628 milyon standart kubfut) ixrac edilib.

Bu barədə Trend bp şirkətinə istinadən məlumat verir.

Müqayisə üçün, 2025-ci ilin birinci rübündə bu göstərici gündə 73,3 milyon standart kubmetr təşkil edib. Beləliklə, qaz ixracı illik ifadədə 1,5% artıb.

 

Qaz terminaldan, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla, əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.