Bu ilin aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən ticarət və xidmət sektoruna qoyulmuş kreditlərin həcmi 4,413 milyard manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 15,2 milyon manat və ya 0,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 273,4 milyon manat və ya 6,6% çoxdur.
Qeyd edək ki, ümumilikdə bu ilin aprelin 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,932 milyard manat təşkil edib.
Bu da aylıq müqayisədə 368 milyon manat və ya 1,1%, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,8 milyard manat və ya 9,2% artım deməkdir.