AİB Azərbaycanın da iştirak etdiyi "yaşıl inkişaf" üzrə layihəni təsdiqləyib

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın iştirakı ilə 2026–2031-ci illər üzrə ticarətin inkişafı və “yaşıl artım" layihəsini təsdiqləyib.

Trend bu barədə banka istinadən məlumat verir.

Layihə aşağıdakı ölkə və iqtisadiyyatları əhatə edir: Azərbaycan, Ermənistan, Əfqanıstan, Banqladeş, Butan, Bruney-Darüssalam, Kamboca, Kuk adaları, Fici, Mikroneziya Federativ Ştatları, Gürcüstan, Hindistan, İndoneziya, Qazaxıstan, Qırğız Respublikası, eləcə də digər ölkələr.

 

Layihənin maliyyələşdirilməsi üçün Texniki Yardım üzrə Xüsusi Fond hesabına 603 133 ABŞ dolları, həmçinin Avstraliya hökuməti tərəfindən 146 867 ABŞ dolları məbləğində vəsaitin ayrılmasını nəzərdə tutulub.

Layihə regional xarakter daşıyır və sənaye və ticarət sahələrində həyata keçiriləcək.