İşğaldan azad olunmuş ərazilərdəki kəndlər kənd təsərrüfatı strategiyasında xüsusi və özünəməxsus yer tutdu.
Trend xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu gün Bakıda keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunda deyib.
O qeyd edib ki, həmin ərazilərdə müasir infrastrukturun qurulması, innovativ təsərrüfat modellərinin yaradılması və "ağıllı kənd" yanaşmalarının tətbiqi regionun böyük aqrar potensialının reallaşmasına xidmət edir:
“İnanıram ki, azad olunmuş ərazilərdə hazırda modelləşdirilən və qurulan yeni aqrar təsərrüfat modelləri həm Azərbaycanda, həm regionda, həm də dünyada model olacaq. Eyni zamanda aqrar sahədə rəqəmsallaşmanın genişləndirilməsi, "ağıllı kənd təsərrüfatı" həllərinin tətbiqi, su resurslarından səmərəli istifadə, torpaq mülkiyyətliyinin qorunması, siyasətin və ekoloji cəhətdən dayanıqlı istehsal modellərinin təşviqi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Məqsəd müasir çağırışlara cavab verən, yüksək məhsuldarlığa əsaslanan və ixrac potensialını artıran güclü aqrar sistem formalaşdırmaqdır”.