bp, Xəzər dənizinin Azərbaycan sektorunda Qarabağ yatağının işlənməsi üzrə risk xidməti sazişinin əsasında fəaliyyət göstərən əməliyyat şirkəti kimi elan edir ki, iş proqramı çərçivəsində boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə onlayn görüş keçirəcək.
bp bütün maraqlı tərəfləri 15 may 2026-cı il tarixində saat 13:00-dan 15:00-dək “Microsoft Teams” vasitəsilə keçiriləcək bu görüşdə iştirak etməyə dəvət edir.
ƏMSSTQ sənədinin layihə variantı və rəy formaları 1 may2026-cı il tarixindən bp-nin veb-səhifəsinə yerləşdirilmişdir və onları aşağıdakı linklər vasitəsilə yükləmək mümkündür:
|
Azərbaycan dilində: |
|
||||
|
İngilis dilində:
Qoşulma təlimatı
Qeyd: proqramı görüş başlamamışdan öncə yükləməyə çalışın. Proqramın yüklənməsi internet bağlantınızdan asılı olaraq 1-2 dəqiqə vaxt apara bilər. |
|
Görüşdə proqram və sənəd haqqında təqdimatlar olacaq, auditoriyanın sualları cavablandırılacaq, irəli sürülən fikirlərvə rəylər ətrafında müzakirə keçiriləcək. Rəy və təklifləri həmçinin esiafeedback@bp.com elektron ünvanına göndərməklə də təqdim etmək olar.
Görüşə aşağıdakı keçid vasitəsilə qoşulmaq olar: