Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti Türkiyənin Bank Tənzimləmə və Nəzarət Qurumu və Sığorta və Özəl Pensiya Tənzimləmə və Nəzarət Qurumunda işgüzar səfərdə olub.
AMB-dən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində bank və sığorta sektorunda ƏL/TMM sahəsində risklərin qiymətləndirilməsi, nəzarət tədbirlərinin, o cümlədən yerində və kənardan yoxlamaların həyata keçirilməsi metodologiyası, risk-əsaslı nəzarət yanaşması, bu istiqamətdə sanksiyaların tətbiqinə dair geniş müzakirələr və təcrübə mübadiləsi aparılıb.