Bu ilin mayın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 678,4 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il mayın1-i ilə müqayisədə müqayisədə 7,8% azdır.
Eyni zamanda komitə xatırladır ki, ölkənin strateji valyuta ehtiyatları 2026-cı il may ayının 1-nə 87 milyard 916,2 milyon ABŞ dollarına çatıb. BU isə ötən ilin eyni dövrü ilə müqayisədə 15% çoxdur.