Azərbaycanın strateji valyuta ehtiyatları 15 faiz artıb

Bu il mayın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 87 milyard 916,2 milyon dollar təşkil edib.

AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən il mayın 1-nə nisbətən 15 faiz çoxdur.