Füzuli rayonunun Pirəhmədli kəndinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğuların tikintisinə sərf olunacaq vəsaitin həcmi məlum olub.
Trend bu barədə Dövlət satınalmalarının vahid internet portalına istinadla xəbər verir.
Məlumata əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı müvafiq hazırlıq işlərini yekunlaşdırıb.
Qurum sözügedən işlərin icrasını “Azsur Group” şirkətinə həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, qeyd olunan işlərə 1,6 milyon manat sərf ediləcək.