Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 5 milyard 275 milyon manat məbləğində investisiya yatırılıb.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 2,6 faiz çoxdur.
Dövr ərzində qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu isə 12,4% azalaraq 3 milyard 211,9 milyon manata bərabər olub.