Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında əsas kapitala 60,893 milyon manat məbləğində investisiya yatırılıb.
Trend bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 23,1 faiz çoxdur.