2026- cı ilin I rübündə mənzil bazarında qiymət indeksi 2025-ci ilin I rübünə nəzərən 8.1% artıb.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, o cümlədən ilkin mənzil bazarında qiymət artımı bu dövrdə 13.1%, təkrar mənzil bazarında isə 8.1% yüksəlib.
Qeyd edilib ki, 2026-cı ilin mart ayında icarəçi tərəfindən ödənən icarə haqları illik əsasda 7.3%, aylıq əsasda isə 0.3% artıb.