Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yenidən qurulması başa çatıb və dəmir yolu ilə ildə 5 milyon tona qədər yükün ötürülməsi mümkündür. Yük həcminin tədricən artacağı gözlənilir.
AZƏRTAC məlumat verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov TRASEKA Hökumətlərarası Komissiyasının XVIII illik iclasının yekunları ilə bağlı jurnalistlərə açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan ərazisindən keçən tranzit yüklərin ümumi həcmi 14,3 milyon tona çatıb ki, bunun da 4,7 milyon tonu Orta Dəhlizin payına düşüb.
İclasda avtomobil daşıyıcıları üçün icazələrin rəqəmsallaşdırılmasına dair sənəd imzalanıb. Sənədə TRASEKA-nın 5 ölkəsi qol çəkib.
“Yeni baş katib dost və qardaş ölkə olan Özbəkistanın nümayəndəsidir. Ona uğurlar arzulayırıq. Dəhliz həm mədəniyyətdir, həm ölkələrin birləşməsidir, həm yollardır, xalqların bir yerdə olmasıdır, ən əsası da iqtisadiyyatdır”, - deyə nazir müavini vurğulayıb.