UN-Habitat işğaldan azad edilmiş ərazilərində iki kəndin layihələndirilməsində Azərbaycanla əməkdaşlıq edəcək

UN-Habitat Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iki kəndin layihələndirilməsi üzrə əməkdaşlığa başlamağı planlaşdırır.

Trend xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı rəhbəri Anna Soave Bakıda keçirilən “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” beynəlxalq konfransda bildirib.

“Milli şəhər siyasətinin hazırlanması üzərində iş aparılır. Yaxın zamanda BMT-nin digər iki agentliyi — UNEP və IOM ilə tərəfdaşlıq çərçivəsində (Azərbaycanda) Adaptasiya Fondu tərəfindən maliyyələşdirilən iqlim dəyişikliyinə adaptasiya üzrə layihənin həyata keçirilməsi planlaşdırılır.