Azərbaycan davamlı şəhərsalmanın müzakirəsi üçün mühüm platforma yaradıb - Kuala-Lumpur meri

Azərbaycan dayanıqlı şəhərlərin gələcəyinin və urbanizasiya sahəsində praktiki həllərin müzakirəsi üçün mühüm beynəlxalq platforma yaradıb.

Trend xəbər verir ki, bunu jurnalistlərə WUF13 çərçivəsində Kuala-Lumpur meri Maymuna Mohd Şərif deyib.

“Ümumdünya Şəhər Forumu şəhər inkişafı ilə bağlı çağırışların müzakirəsi üçün platformadır. Burada siyasətçilər, yerli liderlər, özəl sektor və cəmiyyət nümayəndələri şəhərləri daha dayanıqlı və yaşamaq üçün daha əlverişli etmək yollarını birlikdə müzakirə edirlər”, — deyə o bildirib.

 

Maymuna Mohd Şərifin sözlərinə görə, şəhərlərin inkişafı yalnız genişmiqyaslı deyil, həm də əlçatan, idarəolunan və dayanıqlı olmalıdır. O vurğulayıb ki, mənzil təminatı iş yerləri, təhsil və iqtisadiyyatla sıx bağlı olmalıdır, çünki yaşayış məhəllələrinin uzaqda yerləşməsi karbon emissiyalarının artmasına səbəb olur.

“Bizə yalnız sazişlər və bəyannamələr deyil, liderlərin öz ölkələrinə qayıtdıqdan sonra real fəaliyyətləri də lazımdır. Fəaliyyət təkcə bəyanatlardan daha vacibdir”, — deyə Kuala-Lumpur meri əlavə edib.