Bakının ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) sürətli urbanizasiya prosesi, şəhərlərdə dayanıqlı həyat tərzinin formalaşması, mənzil əlçatanlığı, inklüziv yanaşma kimi aktual mövzuların müzakirəsi baxımından çox əhəmiyyətlidir.
Bunu AZƏRTAC-a açıqlamasında WUF13-də iştirak edən Keniya nümayəndəsi Sandra Syuzan Nyavira deyib.
"Düşünürəm ki, müasir şəhərsalma prosesi çərçivəsində yaşayış məntəqələri salınarkən dayanıqlı və ekoloji standartların tətbiqi, eləcə də iqlim dəyişmələrinə adaptasiya vacibdir", - deyə Keniya nümayəndəsi bildirib.