Nurdan Oruntayev iki ölkə arasında şəhərsalma sahəsində qarşılıqlı fəaliyyətin inkişafının vacibliyini vurğulayıb.
“SSRİ-nin dağılmasından sonra tikinti sahəsində Azərbaycan ilə Qırğızıstan arasında əlaqələr az olub. Lakin bu gün biz ikitərəfli münasibətləri fəal şəkildə qururuq və gələcəkdə əməkdaşlığı daha da genişləndirəcəyik”, – deyə nazir bildirib.