Maldiv adaları təmsilçisi: Əsas məqsədimiz müxtəlif ölkələrin uğurlu modellərini ölkəmizdə tətbiq etməkdir

Bu mötəbər forumdan əsas məqsədim – qlobal şəhərsalma və dayanıqlı mənzil təminatı sahəsində mövcud olan peşəkar biliklərimizi daha da zənginləşdirmək, müxtəlif ölkələrin uğurlu modellərini mənimsəyərək onları gələcəkdə öz milli strategiyamızda tətbiq etməkdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən Maldiv adaları təmsilçisi Hüseyn Ziyat deyib.

O, həmçinin Azərbaycan dövlətinə və xalqına, o cümlədən tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirib.