Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17,403 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 485 milyon dollar və ya 2,9% çoxdur.
Xarici ticarət dövriyyəsinin 11,9 milyard ABŞ dolları ixracın, 5,5 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3,1 milyard ABŞ dolları və ya 35,2% artıb, idxal isə 2,6 milyard ABŞ dolları və ya 32,1% azalıb.
Yekunda xarici ticarətdə 6,354 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 5,7 milyard ABŞ dolları və ya 9,7 dəfə çoxdur.