Bu ilin yanvar-aprel aylarında Azərbaycanda külək elektrik stansiyalarında (KES) 327,5 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 321,9 milyon kVt-saat və ya 58,5 dəfə çoxdur.
Eyni zamanda, hesabat dövründə ölkədə günəş elektrik stansiyalarında 121,8 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin ilk dörd ayındakı göstərici ilə müqayisədə 7,8 milyon kVt-saat və yaxud 6% azalma deməkdir.
Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilin yanvar-aprel aylarında 1 milyard 322,7 milyon manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 201 milyon manat təşkil edib.