Azərbaycanda ani ödənişlərin əhatə dairəsi genişləndiriləcək

Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda Milli Ödəniş Sistemi komponentlərinin funksional imkanlarının genişləndirilməsi ilə əlçatanlığın artırılması nəzərdə tutulub.

Trend xəbər verir ki, sənədə əsasən, tədbirin həyata keçirilməsi Azərbaycan Mərkəzi Bankına (AMB) tövsiyə edilir. Prosesə Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyasının (AzFina) da cəlb olunacağı qeyd edilir.

Dövlət Proqramında qeyd olunub ki, tədbirlərin icrası 2027–2028-ci illəri əhatə edəcək.