Bu ilin yanvar-mart aylarında Azərbaycandan Bolqarıstana 105,8 milyon ABŞ dolları dəyərində 359 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib.
Trend bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici məbləğ ifadəsində 5,868 milyon dollar və ya 5,9%, həcminə görə isə 75,1 milyon kubmetr və ya 26,4% artıb.