Azərbaycan vasitəsilə Ermənistana gübrə göndəriləcək

Bu gün Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

Trend xəbər verir ki, Ermənistana 2 vaqon gübrə göndəriləcək.

 

Qatar saat 14:00-da Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınacaq.

Xəbər yenilənəcək