“Siemens Energy” və “Green Corridor Alliance JV” arasında memorandum imzalanıb

Bu gün Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində "Siemens Energy" şirkəti ilə "Green Corridor Alliance JV’’ arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Bu barədə Trend-ə müsahibəsində Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) icraçı direktoru və İdarə Heyətinin üzvü Nargis Vik bildirib.

 

"Palata olaraq biz də digər Avropa ölkələri ilə birlikdə bu layihəni dəstəkləyirik", – deyə Nargis Vik vurğulayıb.

O qeyd edib ki, memorandum sərgi çərçivəsində keçirilən tədbir zamanı imzalanıb və "Siemens Energy" də AHK Azerbaijan-ın üzvlərindən biridir.
Nargis Vikin sözlərinə görə, "Green Corridor Alliance JV" təşkilatı çoxtərəfli hökumətlərarası təşkilatdır və regionda yaşıl enerji layihələrinin inkişafında mühüm rol oynayır.