Bu gün Azərbaycandan Ermənistana növbəti tədarük baş tutacaq.
Trend xəbər verir ki, Ermənistana 42 vaqon dizel yanacağı ixrac olunacaq.
Qatar saat 16:00-da Güzdək stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.