Neft məhsullarının istehsal dəyəri 2,4 milyard manatı ötüb

2026-cı ilin yanvar-may aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 457,1 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 4,1 faiz azalıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft məhsullarından avtomobil benzininin istehsalı 7,9 faiz artıb, ağ neft istehsalı 18,7 faiz, neft bitumu istehsalı 41,4 faiz, mazut istehsalı isə 45,2 faiz azalıb.