2026-cı ilin may ayının sonuna olan vəziyyətə görə, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı layihə portfeli 874 milyon avro təşkil edib və 36 layihəni əhatə edib.
Trend-in AYİB-ə istinadən yaydığı məlumata görə, bu layihələrdə bankın payı 1% təşkil edir, əməliyyat aktivlərinin həcmi isə 674 milyon avro qiymətləndirilir.
Portfelin strukturu: korporativ sektor — 3%, maliyyə institutları — 7%, dayanıqlı infrastruktur — 90%.
Ümumi portfel dəyərində özəl sektorun payı 41% təşkil edir.
AYİB-in Azərbaycanda fəaliyyətə başladığı gündən bu yana ölkə iqtisadiyyatına ümumilikdə 3,674 milyard avro investisiya yatırılıb. Ayrılmış ümumi vəsaitlərin həcmi 3,425 milyard avro təşkil edir.
AYİB bu günədək Azərbaycanda 202 layihənin həyata keçirilməsinə dəstək verib.