Pambıqçılıq ölkə iqtisadiyyatında mühüm rol oynayır - Məcnun Məmmədov

Pambıqçılıq ölkənin aqrar sektorunda həm iqtisadi, həm də sosial baxımdan mühüm əhəmiyyət daşıyan sahələrdən biridir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair regional müşavirədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

Nazir vurğulayıb ki, 2025-ci ildə pambıq istehsalı və emalı sahəsində təxminən 50 min daimi və mövsümi işçi çalışıb. Bu isə 200-300 min nəfər insanın həyat səviyyəsinə birbaşa təsir göstərərək regionlarda gəlirlərin sabitləşdirilməsində mühüm rol oynayıb.