Bu il iyunun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 59 milyard 183,7 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına əsasən, bu, ötən il eyni dövrü ilə müqayisədə 2,6 milyard manat və ya 4,7% çoxdur.
Hesabat dövründə bankların cəmi öhdəlikləri 51 milyard 612,2 milyon manat, balans kapitalı 7 milyard 571,5 milyon manat olub.
May ayında bankların cəmi aktivləri və cəmi öhdəlikləri müvafiq olaraq 3,2% və 3,9% artıb, balans kapitalı isə 1,2% azalıb.