Azərbaycan vasitəsilə Ermənistana növbəti tədarük həyata keçiriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

"Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatına görə, Ermənistana 14 vaqon propan 5 vaqon gübrə göndəriləcək.

 

Qatar bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınacaq.

Xəbər yenilənəcək