Altı ayda ixrac edilən xam neft və neft məhsullarının həcmi 10 milyon tonu ötüb

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan ixrac edilən bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının həcmi 2,8 faiz azalaraq 10 milyon 125,4 min ton təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.

İxrac edilən neft və xam neft məhsullarının dəyəri isə 25,1 faiz azalaraq 6 milyard 231,4 milyon dollar olub.

Xatırladaq ki, 2025-ci ilin həmin aylarında ölkədən 12 milyon 46,3 min ton xam neft və neft məhsulları ixrac olunub, ixracın dəyəri 6 milyard 409,3 milyon dollar təşkil edib.