Azərbaycanın metanol ixracından qazancı azalıb

Yanvar-iyun aylarında Azərbaycandan dəyəri 42,3 milyon dollar olmaqla 114,1 min ton metanol ixrac olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.

Hesabat dövründə ixrac olunan metanolun həcmi əvvəlki illə müqayisədə 45 faiz, dəyəri isə 20,5 faiz azalıb.

Qeyd edək ki, 2025-ci ilin müvafiq aylarında ölkədən 207,5 min ton metanol ixrac olunub, ixracın dəyəri 53,3 milyon dollar təşkil edib.