Gürcüstanın Azərbaycandan soğan idxalına çəkdiyi xərc 43 dəfə artıb

Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 4,1 min ABŞ dolları dəyərində 16 min 893 ton soğan (təzə və ya soyudulmuş) idxal edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 43 dəfə, kəmiyyət olaraq 49 dəfə çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana soğan ixrac edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

Bu ilin ilk 6 ayında Gürcüstan xarici ölkələrdən 5,4 milyon ABŞ dolları dəyərində 22 min 134 ton soğan alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 6 % və 3 % çoxdur.

Hesabat dövründə Gürcüstan Türkiyədən 435 min ABŞ dolları dəyərində 1 min 798 ton, Ermənistandan 414 min ABŞ dolları dəyərində 1 min 687 ton, Özbəkistandan 254 min ABŞ dolları dəyərində 1 min 37 ton, İrandan 122 min ABŞ dolları dəyərində 485 ton soğan alıb.