Ləğv prosesində olan banklar üzrə instansiya məhkəmələrindəki işlərin sayı məlum olub

Bu günə qədər ləğv prosesində olan banklar üzrə instansiya məhkəmələrindəki işlərin sayı 1800-dən çoxdur.

"Report"un Şamaxıya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Sevinc Səlimova Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlıq Forumunda deyib.

Onun sözlərinə görə, apellyasiya instansiyası məhkəmələrində 300-dən çox, Ali Məhkəmədə isə 60-dan çox iş var: "Təkcə bu ilin I yarımilində instansiyası işlərininin sayı 150-dən çox, apellyasiya instansiya məhkəmələrindəki işlərin sayı 60-dan çox olub. Ali Məhkəmədəki işlərin sayı isə 30-dan çox təşkil edib".