Azərbaycan pambıq iplik ixracından gəlirini 2 dəfədən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 27 milyon 574,98 min ABŞ dolları dəyərində 12 min 296,31 ton pambıq iplik ixrac edib.

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın iyul sayında bildirilir.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 14 milyon 91 min 754,98 ABŞ dolları (2,1 dəfə), həcm baxımından isə 6 min 878,21 ton (2,2 dəfə) çoxdur.

Hesabat dövründə sözügedən məhsulun qeyri-neft sektoru üzrə ixracda payı 0,5 %, ölkənin ümumi ixracında payı isə 0,1 % olub.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb.