Bakı, 10 aprel, AZƏRTAC
“Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqələri gücləndirir. 2023-cü ilin birinci rübündə Qazaxıstan və Azərbaycan arasında dəmir yolu daşımalarının ümumi həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 40 faizdən çox artıb.
DHA Press Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, ötən il ölkələrimiz arasında daşımaların həcmi 2021-ci illə müqayisədə 4 dəfə artaraq 3 milyon tondan çox olub.