Abşeron və Hacıqabulda yeni milli DATA mərkəzləri inşa olunur

Abşeron və Hacıqabulda “AzInTelecom” MMC-nin yeni DATA mərkəzləri inşa olunur.

Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu “AzInTelecom” tərəfindən media nümayəndələri üçün təşkil edilən praktiki görüşdə şirkətin İctimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı Amin Nəzərli deyib.

Onun sözlərinə görə, Abşeronda DATA mərkəzinin yaradılması üçün 4 hektar ərazi ayrılıb. Hacıqabulda isə 3 DATA mərkəzinin yaradılması nəzərdə tutulur.

 

A.Nəzərli bildirib ki, sözügedən DATA mərkəzləri milli DATA mərkəzləridir və müvafiq beynəlxalq sertifikatlara malikdir.

Qeyd edilib ki, hazırda “AzInTelecom”un Bakı və Yevlaxda DATA mərkəzləri fəaliyyət göstərir. Yeni mərkəzlərin istifadəyə verilməsi ilə şirkətin ölkə üzrə DATA infrastrukturu daha da genişlənəcək.