Türkiyə və Azərbaycan mövcud enerji infrastrukturunun tam gücü ilə istifadəyə verilməsi imkanlarını, o cümlədən Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəmərinin ötürücülük gücündən istifadə həcminin günə 1 milyon barelə çatdırılmasını müzakirə edir.
Trend-in müxbiri xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunun çərçivəsində sənədlərin imzalanması mərasimindən sonra keçirilən brifinqdə deyib.