Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb

Dövlət büdcəsinin əsas xərc istiqamətləri büdcəsiyasəti qarşısında dayanan çağırışlar vəsosial-iqtisadi hədəflər əsas götürülməklə ortamüddətli resurs zərfinə uyğun olaraq Milli xərc prioritetləri əsasında müəyyənləşdirilib. Belə ki, 2027-2030-cu illərdədövlət büdcəsi xərcləri dövlətin əsas funksiyalarının maliyyələşdirilməsinin təmin edilməsinə yönəldiləcək.

Bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-ciilin dövlət vəicmal büdcələrinin ilkin göstəricilərinədair Açıqlama” sənədində bildirilib.

Ümumilikdə, ortamüddətli dövrdə dövlət büdcəsinin əsas xərc istiqamətləri aşağıdakılardır:

dayanıqlı və yüksək iqtisadi artımın dəstəklənməsi, o cümlədən rəqəmsal inkişaf yönümlü və innovasiya tutumlu sahələrə investisiyaların artması, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, sahibkarlığın inkişafı və yerli istehsalın stimullaşdırılması və biznes-investisiya mühitinin yaxşılaşdırılması;

ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, o cümlədən sərhədlərin bərpası və toxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının müasirləş-dirilməsi, ərazilərin minalardan təmizlənməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin və layihələrin icrası;

işğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsi;

 

rəqəmsal inkişaf sahəsində müəyyən edilən prioritetlərin həyata keçirilməsi, eləcə də süni intellekt texnologiyalarının tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi;

əhalinin sosial müdafiəsi və rifahı, xüsusilə həssas təbəqələrin sosial təminatının daha da gücləndirilməsi;

iqtisadiyyata dövlət büdcəsindən birbaşa və dolayısilə dövlət öhdəlikləri, dövlət sifarişi, subsidiya, subvensiya və dotasiya formasında maliyyə dəstəyinin davam etdirilməsi;

müdafiə olunan xərclərin, o cümlədən əməyin ödənişi, pensiyalar, müavinətlər, təqaüdlər və digər sosial ödənişlər ilə bağlı xərclərin maliyyə təminatı;

dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqram və tədbirlərin maliyyə təminatı;

təmiz ətraf mühit və “yaşıl artım”ın təmin olunması, eləcə də yaşıl enerji mənbələrinin genişləndirilməsi.