Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Rumıniyaya 924 min 913,09 ton xam neft ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz və ya 146 min 297,55 ton artım deməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
İxrac olunan xam neftin dəyəri 581 milyon 706,77 min dollar təşkil edib ki, bu da illik müqayisədə 35,5 faiz və ya 152 milyon 372,72 min dollar çoxdur.
Səkkiz ayda Rumıniyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 6,3 faiz olub.