Orta Dəhlizlə 2029-cu ildə 300 min konteyner daşınması planlaşdırılır

Bu gün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) qlobal ticarətin inkişafında mühüm rol oynayaraq iki qitəni birləşdirir. Son 5 il ərzində Orta Dəhliz vasitəsilə tranzit yükdaşımanın həcmi 3,5 dəfə artıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstanın Baş nazirinin müavini Maksat Kaliakperov Pekində keçirilən Qlobal Dayanıqlı Nəqliyyat Forumundakı çıxışında deyib.

O bildirib ki, 2025-ci ildə konteyner daşımaları 77 min TEU çatıb. 2029-cu ildə bu rəqəmin 300 min TEU çatdırılması planlaşdırılıb.

Baş nazirin müavininin sözlərinə görə, Qazaxıstandan 13 beynəlxalq nəqliyyat dəhlizi keçir: “Son 15 il ərzində Qazaxıstan bu dəhlizlərin inkişafı və infrastrukturun yaradılmasına 35 milyard dollar sərmayə yatırıb. Orta Dəhliz ilə hərəkət edən nəqliyyat vasitələrinin rəqmsal texnologiyalardan istifadəsi daha böyük həcmdə yüklərin vaxt itirmədən mənzil başına çatdırılmasına nail olmaq olar. Bu istiqamətdə ciddi addımlar atırıl. Cənubu Qafqaz dövlətləri, Çin Və Avropa dövlətləri ilə əməkdaşlıq əlaqələri davam edir”.